Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 206.352 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Həsrət CəfərovAzərbaycanı təmsil edən yunan-roma güləşçisi; "Paris 2024" — XXXIII Yay Olimpiya Oyunlarının bürünc medalçısı; Avropa Çempionatlarının qalibi (2023 və 2024); Dünya Çempionatının finalçısı (2023).

Həsrət Cəfərov 2023-cü ildə Zaqreb şəhərində (Xorvatiya), 2024-cü ildə isə Buxarest şəhərində (Rumıniya) baş tutan Avropa Çempionatlarında qızıl medalların sahib olub. 2017-ci ildə U17 Avropa Çempionatının, 2021-ci ildə U20 Dünya və Avropa Çempionatlarının, həmçinin U23 Dünya Çempionatının qalibi olub. Avropa Gənclər Olimpiya Festivalı, MDB Oyunları, İslam Həmrəyliyi Oyunları da daxil olmaqla bir sıra beynəlxalq turnirlərin qalibi olub. Karyerası ərzində isə ümumi olaraq mübarizə apardığı 22 beynəlxalq turniri 11 qızıl, 1 gümüş və 7 bürünc medalla başa vurub.

Azərbaycan idmanında xidmətlərinə görə 2024-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Gəncəli Sabahi — Azərbaycanlı yazıçı, nasir, tənqidçi, 21 Azər hərəkatının iştirakçısı.

1937-ci ildə həbs olunaraq Qazaxıstana sürgün edilib. Sürgündən qayıtdıqdan sonra Təbrizə gedib. Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinin dekanı olub. Milli Hökumət dağıldıqdan sonra həbs olunaraq Luristana sürgün edilib. Sürgündən qayıtdıqdan sonra Təbrizdə yaşamağına icazə verilməyib.

Tehranda yaşadığı dövrdə müxtəlif ədəbi məclislərdə iştirak edib və əsasən ədəbi tənqidçiliklə məşğul olub. İran İslam İnqilabından sonra Tehranda "Azərbaycan yazıçıları və şairləri cəmiyyəti"nin eləcə də "Azərbaycan cəmiyyəti"nin yaradılmasında iştirak edib və "Günəş" jurnalının əsasını qoyub.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Xorvatiyanın məskunlaşan adalarının siyahısı — Təqdim edilən məqalədə, Xorvatiyanın məskunlaşan adalarının siyahısı 31 mart 2001-ci il tarixinə aid əhali sayına görə sıralanmışdır. Adriatik dənizinin xorvatların nəzarətində olan hissəsi 698 ada, 398 kiçik ada və 78 rifdən ibarətdir ki, bu da Xorvatiya adalarını Adriatik dənizində ən böyük arxipelaq və Aralıq dənizində Yunanıstanın Egey adalarından sonra ikinci ən böyük arxipelaq edir.

698 adadan yalnız 47-də ən azı bir nəfər yaşayır. Bəzi mənbələrdə isə, Xorvatiyanın 66 adasında məskunlaşdığını bildirilir. Lakin bu adalardan 19-u bütün Xorvatiya adalarında yaşanan iqtisadi fəaliyyətin olmaması səbəbindən daimi sakinlərini itirmişdir.

Xorvatiya adalarında Qədim Yunanıstan dövründən məskunlaşdığı məlumdur (məsələn, Hvar adasında e.ə.3500-2500-cü illərdə məskunlaşılmış, Sirakuza kralı I Dionis e.ə.IV əsrdə Hvar və Visdə koloniya qurmuşdur). Bütün adaların əhalisi 1921-ci ildə 173.503 nəfərlə pik həddə çatdı, sonra davamlı olaraq azalaraq 1981-ci ildə, 1850-ci illərdən əvvəlki səviyyəyə endi. Əhalinin azalması tendensiyası yalnız 1990-cı illərdə dəyişildi, əhalinin sayı 1991-ci ildəki 110,953 nəfərdən 2001-ci ildə 121,606 nəfərə qədər yüksəldi.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli